Natavan və Oksana Rəsulova xeyriyyə tədbirində
08 iyun 2015 17:59 (UTC +04:00)

Natavan və Oksana Rəsulova xeyriyyə tədbirində

Müğənni Natavan Həbibi və rəqqasə Oksana Rəsulova uşaq evlərinə yardım məqsədi ilə keçirilən aksiyada iştirak ediblər.

Lent.az-ın məlumatına görə, tədbirdə fəal iştirak edən N.Həbibi fikirlərini bölüşüb: "Xeyriyyə məqsədi ilə keçirilən aksiyalara daim dəstək olmağa çalışırıq. Buraya qatılan şəxslər 20 qəpik verərək bilərzik alır. Bu bilərziklər simvolik məna daşıyır. Əsas məqsəd uşaq evlərinə yardım etməkdir. Mən bir ifaçı kimi bu cür xeyriyyə tədbirlərində hər zaman iştirak etməyə hazıram".

O.Rəsulova da öz fikirlərini bildirib: “Mən hər zaman bu cür tədbirlərdə sevə-sevə iştirak edirəm. Düşünürəm ki, bu mənim vətəndaşlıq və insanlıq borcumdur. Bu gün keçirilən tədbirə dəvət olunan zaman düşünmədən qəbul etdim. Güman edirəm ki, bu xür xeyriyyə tədbirləri tez-tez təşkil olunmalıdır”.

Sonda O.Rəsulova və N.Həbibi pərəstişkarları ilə xatirə fotoları  çəkdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar