Nadir Qafarzadə sosial şəbəkələrdə ona qarşı aparılan kampaniya ilə danışıb.
Lent.az-ın məlumatına görə, müğənni özünün “instagram” səhifəsində şəkil paylaşaraq, bu sözləri yazıb.
“Bir daha dünən ki, söhbətə aydınlıq gətirmək istəyirəm. Heç kəsə heç nə qaranlıq qalmasın. Dünən ki, yazdıqlarım mənim şəxsi səhifəmə girib tənqid edənlərə idi, hamıya şamil etməmişəm. Məni sevməyənlərin Allah canını sağ eləsin. Sevgi güc və zorla əldə edilmir, içdən gəlməlidir. Ömür boyu xalqıma, dövlətimə borclu olmuşam. Məni narahat edən bir məsələ var, bəs biz kimi sevirik və bizi kim sevir? Dostumuz və düşmənimiz kimdir? Hələ ki, bunu ayırd edə bilmirik.
İnsanın gərək məqsədi və mövqeyi olsun. Azərbaycanda yaxşı insanlar çoxdur, amma pislər də az deyil. Paxıllar, ev yıxanlar, ailə dağıdanlar, dələduzlar, yalançı və oğrular! Allah hamını belələrindən qorusun. Həyat qısadır, gəlin mehriban olaq və elə yaşayaq ki, sonra peşmançılıq çəkməyək. Düşmənlərimizi özümüzə güldürməyək”.
Qeyd edək ki, bir neçə gün qabaq Nadir Qafarzadə sosial şəbəkədə paylaşım edərək, müzakirələrə səbəb olmuşdu. Həmin açıqlamada ona söyən şəxsləri kölə, yazıq adlandırmışdı.
Bundan sonra ifaçı yazdığını pozub. Həmin açıqlamanı bir daha təqdim edirik:
“Məni sevənləri Allah saxlasın, sevməyənlər onsuz da, savadsız ve zövqsüz, cahillərdir! Onların sevgisi də özləri kimi kalitəsizdir! Çünki mənim varlığım onları narahat edir! Mən, Allahın mübarək və seçilmiş bəndəsiyəm! Nə, xoş mənə! Səhifəmə girib, təhqir ve söyüş yazanlar, yazdıqlarınız özünüzə, ananıza, bacınıza və bütün nəslinizə… İndi ürəkli oğlan yazsın, amma telefon nömrəsini də yazsın. Mən isə kefdəyəm, Allah sizi kölə, şanssız və yazıq yaradıb”.