Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə amerikalı prokuror bildirib. Onun 7 milyon dollardan çox oğurluq etdiyi vurğulanır.
C.Şvarts Los-Anceles məhkəməsində günahını boynuna alıb. O, Morisettdən 4 milyon 800 min dollar, digər müğənnilərdən isə 2 milyon dollar oğurladığını ifadə edib.
Müğənni isə keçmiş menecerini məhkəməyə verərək, ondan 15 milyon dollar təzminat tələb edir.
Qeyd edək ki, Conatan 2009-2016-cı illər ərzində müğənninin maliyyə işlərinə baxıb.
İndi onu 4 ildən 6 ilədək həbs cəzası gözləyir.