Müğənnimiz klipə görə 250 minlik maşınından imtina etdi
13 yanvar 2014 14:04 (UTC +04:00)

Müğənnimiz klipə görə 250 minlik maşınından imtina etdi

Gənc müğənni Afaq Aslanın yaradıcılığında  yenilik var. Müğənninin Lent.az-a verdiyi məlumata görə, o, sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus “Sənə görə” mahnısına klip çəkdirib. Yaradıcılığına “Sənə görə” ilə start verən müğənni mahnının  remix variantını lentə aldırıb. Mahnının yeni versiyasını  Erhan Bayrak aranjeman edib.

Klipinin rejissoru Rəhman Əliyev, operatoru Cavid Orucov olub. Müğənninin imici üzərində top-stilist Elnur Həsənov və onun gənc həmkarı Hüseyn çalışıb.

Afaq bu klipində  əvvəlkindən fərqli olaraq soyunmaqdan imtina edib. Səbəbini isə belə izah edib: “Aysan gecələrimdə”  klipimdə açıq-saçıq səhnə çox idi. Tamaşaçıların bir qismi klipi bəyənsə də bəziləri bəyənməmişdi. Buna tutarlı səbəb kimi isə açıq geyimlərimi göstərdilər. Bu dəfə əksini etdim. İndi tamaşaçıların bu klipə reaksiyasını görmək çox maraqlıdır. Ancaq yenə də ümid edirəm ki, işimiz bəyəniləcək”.

Onu da qeyd edək ki, müğənni bu klipə görə 250 minlik “Bentley” avtomobilindən imtina edib. Bunun açıqlaması klipin nümayişindən sonra olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3449
avatar

Türkan Məmmədli

Oxşar yazılar