Müğənnidən əlil oğlu ilə bağlı etiraf
18 may 2016 06:31 (UTC +04:00)

Müğənnidən əlil oğlu ilə bağlı etiraf

Gənc yaşda ana olan ingilis müğənni Keti Priket anadangəlmə görmə qüsuru olan oğlundan danışıb. 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Loose Women" adlı verlişdə qonaq olan aktrisa 3 dəfə abort etdirməkdən imtina etdiyini deyib:



"Sevgilimdən ayrılmışdım. O vaxt hamilə olduğumu bilmirdim. Xəbərdar olandan sonra bir neçə dəfə aborta getmək istədim. Amma bunu etmədim". 



Harveyə hamilə qalanda 23 yaşının olduğunu deyən 37 yaşlı Keti övladını karyerasına qurban verməyi əsla düşünməyib.



"O zaman fərqli  dünya görüşüm var idi. Gənc idim. Artıq sevgilim yox idi. Karyeramın nə olacağını bilmirdim. Amma ana olmaqdan vaz keçmədim" – deyə, aktrisa bildirib.



Qeyd edək ki, aktrisanın futbolçu Dvayt Yorka ilə münasibətindən dünyaya gələn oğlu Harvey görmə əngəllidir. Keti Priketin 2 uşağı daha var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar