Mətanət İsgəndərli: “Elarizi sevirəm” - MÜSAHİBƏ
01 mart 2013 12:02 (UTC +04:00)

Mətanət İsgəndərli: “Elarizi sevirəm” - MÜSAHİBƏ

Əməkdar artist Mətanət İsgəndərlinin Lent.az-a müsahibəsi:

 

- Nədənsə son zamanlar efirlərdə gec-gec görünürsünüz. Buna səbəb nədir ?

 

- Mənə bir çox verilişdən dəvət gəlir. Sadəcə seçim edirəm. Yaradıcılıqla bağlı yeniliklərim çoxdur. Yeni mahnılarım, kliplərim, layihələrim var. Hazırda başım həmin işlərə qarışıb. İndi bu barədə ətraflı danışmaq istəmirəm. Çünki mənə öncədən söyləmək düşmür. Vəd verib, müəyyən səbəblərdən dediyim sözlər alınmayanda, pərt oluram. Buna görə də işlərimin tam yekunlaşmasını gözləyirəm.

 

- Şou-biznesdə kimlə dostluq edirsiniz?

 

- Sizə deyə bilərəm ki, şou-biznesdə mənim neçə illik dostlarım var. Xumar Qədimova, Nüşabə Ələsgərli, Könül Kərimova və bir neçə sənətçi var ki, onlarla illərdir dostluq edirəm. Bəzən tez-tez görüşməyə vaxt olmasa da, telefonla əlaqə saxlayırıq. Ancaq öz işlərimizdən danışırıq. Bəziləri kimi qeybət etmirik.

 

 

- Söylədiniz ki, dostlarınızın bir çoxu həmkarınızdır. O da həqiqətdir ki, şou-aləmində dostluqlar uzun sürmür. Bir müddət keçdikdən sonra mehriban dostlar, qatı düşmənə çevrilirlər...

 

- Çalışıram ki, şou-biznesdən özümə dost qazanmayım. Sadəcə salam-sağ ol deyib, kifayətlənirəm. Dost qazandımsa, ölənə qədər o insana sadiq oluram. Yəni dostumun qədrini bilənəm. Dost insanın özü deməkdir. Hər kəsdən adama dost olmaz axı...

 

- Küsülü olduğunuz həmkarınız varmı?

 

- İndi küsülü olduğum həmkarım yoxdur. Həm də mən küsülü qala bilmirəm. Küsməklə bağlı sizə bir hadisə danışım. Deməli, günlərin bir günü 20 illik dostum Xanım İsmayılqızı ilə aramda söz-söhbət oldu və bir müddət danışmadıq. Küsülü olduğumuz müddətdə evdə özümə yer tapa bilmirdim. Gec-gündüz ağlayırdım. Yata bilmirdim. Dəli kimi olmuşdum. Elə həmin vaxtlarda təsadüfən Könül Kərimova ilə Cabbar Musayev bizə gəldilər. Məndən Xanımı soruşanda hönkürtü ilə ağlamağa başladım. Mənə dedilər ki, nə olursa olsun, bu dəqiqə sizi barışdıracağıq. Könül dərhal Xanıma zəng elədi, hadisəni  Xanıma nəql elədi. Könül telefonda Xanıma danışır, o, telefonda ağlayır, mən evdə. Sonra biz barışdıq. Amma indiyədək bu hadisə yadıma düşəndə vicdan əzabı çəkirəm. Bir dəfə də Elariz Məmmədoğlu ilə aramızda söz-söhbət olmuşdu. Amma Elarizin böyüklüyü, kişiliyi onda oldu ki, gəldi məndən üzr istədi. Mən də Elarizə dedim ki, səni sevirəm. Çünki sən əsil insansan, dostsan. Ümumiyyətlə, dostlarımı çox sevirəm.

 

- Həmkarlarınızın çoxu deyir ki, zəmanə dəyişib. Siz necə düşünürsünüz?

 

- Zəmanəni qınamaq olmaz. Zəmanə həminkidir. Günlər keçir, səhər açılıb, axşam düşür və illər bir-birini əvəzləyir. Dəyişən insanlardır. Pula görə hər iş görəcək insanlar çoxdur.

 

- Maqazin proqramlarını izləyirsinizmi?

 

- Yox. Təsadüfi hallarda seyr eləyirəm. Özümdən asılı deyil, televiziyaya baxanda əsəbiləşirəm. Çox pis vəziyyətdir. Həmkarlarım bir-birləri ilə dalaşır, bir-birlərinə xoşa gəlməz söz söyləyirlər. Həmin an mən də onların içində özümü təsəvvür etmişəm. Bilirsiniz, kənardan baxan tamaşaçı da deyir, bu sənətçilər belə gəldi, belə getdi. Ancaq bilmirlər ki, yaxşı, əxlaqlı olan sənətçilərimiz də var. Qurunun oduna yaş da yanır.

 

- Sizin fikirinizcə, Azərbaycan musiqisində əlçatmaz sənətçi varmı?

 

- Çox maraqlı sualdır. Bax, bunu hər zaman düşünmüşəm. Sənət adamı nə qədər əl çatmaz olsa, o qədər də yaxşı olar. Amma indi elə zəmanəyə gəldik ki, hər şey ucuzlaşdı. Mənim uşaq vaxtlarımdan pərəstiş etdiklərim sənətçilər var idi. Vaxt gəldi, mən onları gördüm və dedim ki, kaş məni onları bir insan kimi tanımazdım. Əlçatmaz bildiyim zirvədə də qalardılar. Amma indi özləri sənəti də ucuzlaşdırıblar. Adiləşiblər. Hətta mallarını, mülklərini reklam edənlər də var. Bu, sənətkara yaraşmaz. Sənəti olan insan qır-qızıl, ev-maşın reklam edib yekə-yekə danışmaz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2438
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47