İspaniyalı futbolçu 8 il yarım həbs  olundu: zorlamaya görə
15 iyun 2026 19:54 (UTC +04:00)

İspaniyalı futbolçu 8 il yarım həbs olundu: zorlamaya görə

0

İspaniyanın “Elçe” klubunun futbolçusu Rafa Mir 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lent.az xəbər verir ki, məhkəmə Rafa Miri cinsi zorakılıq və bədən xəsarətləri yetirməkdə təqsirli bilib. İş üzrə digər təqsirləndirilən şəxs isə zorlama və mənəvi dəyərlərin təhqiri ittihamları üzrə 2 il həbs cəzası alıb.

Qeyd olunur ki, hökm hələ qanuni qüvvəyə minməyib və Rafa Mirin məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ var. Azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, futbolçu 64 min avro məbləğində cərimə ödəməlidir.

Bildirilib ki, Rafa Mirlə bağlı məhkəmə prosesi bir neçə il davam edib. Futbolçu 2024-cü ildə polis tərəfindən saxlanılıb. KİV-in məlumatına görə, zorlama hadisəsi ispaniyalı futbolçunun evində təşkil olunan məclisdə baş verib. Rafa Mir və onun dostu iki qıza qarşı cinsi zorakılıq etməkdə ittiham olunublar.

Hazırda 28 yaşı olan Rafa Mir peşəkar karyerası ərzində “Valensiya”, “Sevilya”, “Vulverhempton”, “Nottinqam Forest” və digər Avropa klublarında çıxış edib. Hazırda isə "Elçe"nin formasını geyinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar