"Narmiw.niko" səhifəsinin admini, bloqer Nərmin Əliyevanın bacısı Məryəm yol qəzasından sonra dünyasını dəyişib.
Lent.az xəbər verir ki, bu barədə bloqer özü sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, Məryəm bir gün əvvəl yol qəzasında ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Gənc qız Gəncədə dəfn olunacaq.

