"Bir az dözmək olardı" - Ana ərindən ayrılan qızını  bıçaqladı
15 iyun 2026 17:25 (UTC +04:00)

"Bir az dözmək olardı" - Ana ərindən ayrılan qızını bıçaqladı

0

Dağıstanda qızını ərindən ayrıldığı üçün bıçaqlayan qadına hökm oxunub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Qızılyurd rayonunun kəndlərindən birində baş verib.

Bir neçə il əvvəl qonşu kənd sakinlərindən biri ilə ailə quran gənc qadın ərinin ona qarşı zorakılıq göstərməsi səbəbindən ayrılmaq qərarına gəlib. Növbəti mübahisədən sonra o, əşyalarını toplayaraq valideynlərinin evinə qayıdıb.

Lakin anası qızının bu qərarını dəstəkləməyib. Baş verənlərlə bağlı aralarında yaranan mübahisə zamanı qadın qızına "bir az da dözmək olardı" deyib. Daha sonra isə ona bıçaqla xəsarət yetirib.

Məlumata görə, gənc qadın ağır xəsarət almayıb. O, anasından hüquq-mühafizə orqanlarına şikayət edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən qadına şərti azadlıqdan məhrumetmə cəzası verilib. Hadisənin digər detalları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar