Ucarda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.
Göyçay rayonu Alpout kənd sakini, 54 yaşlı Qasımov Mirsaab Qasım oğlu idarə etdiyi “Mersedes-Vito” markalı avtomobili arxaya sürərkən rayonun Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada, Məmmədov Əbülfət Ağəli oğlunu vurub. Zərərçəkən müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Zahid Abışov