Ucarda kişi küçədə öldü
15 iyun 2026 19:36 (UTC +04:00)

Ucarda kişi küçədə öldü

0

Ucarda kafeyə gedən kişi küçədə ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə gündüz saatlarında rayonun 20 yanvar küçəsində baş verib.

Qəflətən halı pisləşən rayon sakini, 62 yaşlı Qurbanəli Cəfər oğlu Həsənov küçədə ölüb. Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Yaxınlarının dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar