Biznesmen ər-arvadı öldürüb timsahlara atdılar
15 iyun 2026 16:31 (UTC +04:00)

Biznesmen ər-arvadı öldürüb timsahlara atdılar

0

Cənubi Afrika Respublikasında terror təşkilatı İŞİD-lə əlaqədə olmaqda ittiham olunan silahlı şəxslər britaniyalı yaşlı cütlüyü qətlə yetirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 74 yaşlı Rod Sanders və 63 yaşlı Reyçel Sanders nadir bitkilər üzrə dünyaca məşhur mütəxəssislər olublar. Onlar eyni zamanda “Silverhill Seeds” şirkətinin sahibləri idilər.

Cütlük 2018-ci ilin fevral ayında Kvazulu-Natal əyalətində ekspedisiya zamanı itkin düşüb. Onlar Nqoye meşəsinin dərinliklərində düşərgə salmışdılar. İstintaq materiallarına əsasən, burada onları 44 yaşlı Sayefundin Del Vekkyo aşkar edib.

Bildirilib ki, Del Vekkyo və onun əlbir olduğu şəxslər Sandersləri oğurlayaraq bank kartları ilə bağlı məlumat əldə etmək məqsədilə onlara işgəncə veriblər. Daha sonra cütlük öldürülüb.

İstintaqın məlumatına görə, cinayəti törədən şəxslər izləri gizlətmək məqsədilə meyitləri Tuqela çayına atıblar.

Mütəxəssislərin bildirdiyinə görə, qalıqlar timsahlar tərəfindən ciddi şəkildə zədələndiyi üçün onların kimliyini müəyyənləşdirmək yalnız DNT analizləri və stomatoloji məlumatlar əsasında mümkün olub.

Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları cinayətin terror fəaliyyətləri ilə əlaqəsini də araşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar