30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan  geri qayıdıb
14 oktyabr 2026 18:51 (UTC +04:00)

30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qayıdıb

0

Oktyabrın 13-də Azərbaycan vətəndaşı olan 32 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumatda qeyd edilib ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini əlaqələndirdiyi aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar