“Kızılcık Şerbeti”nin  "İşıl"ı vəfat etdi
15 iyun 2026 18:24 (UTC +04:00)

“Kızılcık Şerbeti”nin "İşıl"ı vəfat etdi

0

Türkiyəli məşhur aktrisa Ece İrtem vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun vəkili Nalan Yıldırım İnstagram hesabında paylaşım edib. Vəkilin sözlərinə görə, 35 yaşlı Ece İrtem səhər saatlarında evində dünyasını dəyişib:

“Müvəkkilim Ece İrtem bu gün saat 12 radələrində vəfat edib. Hadisə anası ilə birlikdə olduğu evdə baş verib. İlkin qiymətləndirmələrə görə, ölümün ürək tutması nəticəsində baş vermiş ola biləcəyi düşünülür. Lakin hadisə ilə bağlı araşdırma davam edir. Ölümün dəqiq səbəbi aparılacaq məhkəmə-tibbi ekspertiza nəticəsində müəyyənləşəcək. Nəticə açıqlanandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Mərhumun ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm”.

Qeyd edək ki, aktrisa “Kızılcık Şerbeti” serialında canlandırdığı "İşıl" obrazı ilə tamaşaçıların rəğbətini qazanmışdı.


Naibə Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar