Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin keçirilməsinə başlanılır.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, iİlkin mərhələdə paytaxtın 6 inzibati rayonunda — Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır.


