Daha 7 ünvanda minib-düşmə yerləri  yaradıldı - SİYAHI
15 iyun 2026 14:42 (UTC +04:00)

Daha 7 ünvanda minib-düşmə yerləri yaradıldı - SİYAHI

0

Bakıda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.  

Minib-düşmə yerlərinin təşkil olunduğu ünvanlar aşağıdakılardır:

-    Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, 
-    Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının, 
-    Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
-    Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
-    Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının, 
-    Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın, 
-    Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.  

Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar