Təyyarədə aparılması qadağan olunan  dərmanlar
15 iyun 2026 18:00 (UTC +04:00)

Təyyarədə aparılması qadağan olunan dərmanlar

0

Səyahət zamanı dərman çantasını düzgün hazırlamaq vacibdir. Ekspertlər xəbərdarlıq edirlər ki, bəzi dərman vasitələrinin təyyarə ilə daşınması qadağan oluna bilər, bəziləri isə uçuş zamanı yaranan şəraitə görə öz təsirini itirə və ya xarab ola bilər.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Əczaçı Cennifer Burjua bildirib ki, təyyarə ilə səyahət zamanı götürülməsi tövsiyə olunmayan dörd əsas dərman kateqoriyası mövcuddur. Onun sözlərinə görə, asılılıq yaratma potensialına və ciddi nəzarət altında olmasına görə opioid tərkibli ağrıkəsicilər bəzi ölkələrdə qadağan oluna və onların daşınması ciddi problemlər yarada bilər.

Bir sıra ölkələrə narkotik və güclü təsirə malik maddələrin, həmçinin tərkibində kodein, diazepam, fenobarbital, efedrin və ya psevdoefedrin, eləcə də xlorfenamin maleat olan preparatların gətirilməsi qadağandır. Bu qaydaların pozulması dərmanların müsadirəsi, cərimə və hətta həbslə nəticələnir. Daha ağır hallarda isə səyahətçilər saxlanıla, məhkəmə məsuliyyətinə cəlb oluna və azadlıqdan məhrum edilə bilərlər.

Mütəxəssis əlavə edib ki, depressiya əleyhinə preparatlar da daxil olmaqla psixi pozuntuların müalicəsində istifadə olunan dərmanları həkim arayışı olmadan daşımaq tövsiyə edilmir. Güclü ağrıkəsiciləri isə mümkün olduqda evdə saxlamaq daha məqsədəuyğundur.

Ekspertlərin sözlərinə görə, bütün dərmanlar orijinal qablaşdırmada olmalı, onların istifadəsini təsdiqləyən həkim arayışı da yanınızda saxlanmalıdır. Reseptdə göstərilən adın pasportdakı adla eyni olması vacibdir. Bundan başqa, səfər müddəti üçün lazım olan qədər dərman götürmək məsləhət görülür ki, əlavə şübhələr yaranmasın.

Səyahətə hazırlaşarkən gedəcəyiniz ölkənin qanunvericiliyini və aviaşirkətin tələblərini əvvəlcədən öyrənmək, baqaj və əl yükü qaydaları ilə tanış olmaq tövsiyə edilir. Dərmanları xüsusi həblər qutusuna deyil, orijinal qablaşdırmada daşımaq, onların istifadə müddətini yoxlamaq və diabet xəstələri üçün tələb olunan sənədləri öncədən hazırlamaq vacibdir. Həmçinin reseptlə verilən hər bir dərman üçün reseptin surətini və lazım gəldikdə onun tərcüməsini götürmək məsləhətdir.

Mütəxəssislər dərmanların yalnız zəruri hissəsinin əl yükünə yerləşdirilməsini və uçuş zamanı onların tələb olunan temperaturda saxlanılmasının mümkün olub-olmadığının əvvəlcədən dəqiqləşdirilməsini tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar