Məşhur Hollivud aktyoru Ceyms Vuds aktyorluq karyerasını bitirmək qərarına gəlib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 70 yaşlı aktyor bildirib ki, bundan sonra həyatını sevimli məşğuliyyətləri – səyahət etmək, foto çəkmək, qolf oynamağa həsr edəcək.
Ceyms Vuds “Videodrom”, “Kazino”, “Bir dəfə Amerikada”, “Pişik gözü” kimi filmlərdə çəkilib. 1986-cı ildə “Salvador” filmində ifa etdiyi rola görə “Oskar” mükafatına nominasiya edilib. 1998-ci ildə Ceyms Vuds Hollivudun Şöhrət xiyabanında şəxsi “ulduza” layiq görülüb.