Məşhur aktrisa Dryu Berrimor bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Uill Kopelmanla boşanmaq üçün məhkəməyə müraciət edib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, apreldə ayrılan cütlük 4 il evli qalıb.
"Ayrılmağımıza pis oluruq. Düşünmürük ki, biz artıq ailə deyilik. Boşanmaya uğursuzluq səbəb ola bilər. Amma həyat davam edir" deyə, Dryu bildirib.
Berrimor və Uill 3 yaşlı qızı Olivi və 2 yaşlı oğlu Frenki birlikdə böyüdəcək. Onlar övladları üçün tez-tez bir araya gələcəklərini deyiblər.
Qeyd edək ki, bu Dryunun ən uzunmüddətli evliliyi olub. O, ilk həyat yoldaşı ilə 1 il, ikinciylə isə daha az ailəli qalıb.