Ötən həftə özündən 35 yaş kiçik – 24 yaşlı akrobat sevgilisi Rozalinda Rossla birlikdə görüntülnən aktyor Mel Gibson 9-cu dəfə ata olacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Rozalindanın aktyordan hamilə olduğu bildirilir. Aktyora yaxın mənbənin bildirdiyinə görə, R.Ross artıq alkoqollu içkilərdən uzaq durmağa başlayıb.
Qeyd edək ki, bu, Mel Gibsonun 9-cu övladı olacaq.