Xarici görünüşünün dəyişməsinə 700 min dollardan artıq vəsait xərcləyən London sakini öz evində kosmetik proseduralar keçirəcəyi kabinet açıb.
Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, 55 yaşlı Sara Berc bu günə qədər 150-yə yaxın plastik əməliyyat keçirib, bu sahədə ilkin təhsil alıb ki, bəzi prosedurları müstəqil həyata keçirə bilsin. Üç uşaq anası botoks inyeksiyası, burun, dodaq və yanaq formasını dəyişmək üçün rəsmi icazə alıb. Britaniyalının sözlərinə görə, o, evdəki zorakılıq qurbanı olan qadınlara bu formada yardım etmək üçün təcrübə qazanıb. Berc deyib ki, özü fiziki təzyiq qurbanı olandan sonra plastik əməliyyat etdirib. Qadına naməlum insanlar hücum edərək, üzünü pis vəziyyətə qoymuşdular: “Plastik əməliyyat mənə arzuladığım sifəti və bədəni verdi. Mən indi digər qadınlara kömək etmək istəyirəm”.
London sakininin konkret hansı əməliyyatlar keçirməsi açıqlanmır.