Janna Friske ilə vida mərasimi
18 iyun 2015 06:32 (UTC +04:00)

Janna Friske ilə vida mərasimi

Ötən gün məşhur rusiyalı müğənni Janna Friske ilə vida mərasimi keçirilib.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, mərasimdə mərhum müğənninin ailəsi, rəfiqələri və sənət dostları iştirak edib.



Onlar arasında Valeriya, Katya Lel, Sergey Lazarev, Aleksandr Oveçkin, Mitya Fomin, Nataliya Koroleva və başqa məşhurlar olub.



Friskenin valideynləri ilə yanaşı dostları da göz yaşlarını saxlaya bilməyiblər. Jannanın dəfni isə sabah olacaq.



Qeyd edək ki, J.Friskeyə ötən ilin yanvarında beyin xərçəngi diaqnozu qoyulmuşdu. Müğənninin Almaniya və ABŞ-da müalicəsi üçün xeyriyyə fondları tərəfindən vəsait toplanmışdı. 2014-cü ilin oktyabrında Moskvaya qayıdan Janna KİV-ə müsahibəsində bundan sonra səhnəyə qayıtmayacağını bildirmişdi.

 

J.Friske ömrünün sonuncu aylarını Moskvada həyat yoldaşı Dmitri Şepelev və oğlu Platonla keçirib.

 

Xatırladaq ki, Janna 1996-2003-cü illərdə “Blestyaşie” qrupundakı fəaliyyəti ilə məşhurlaşıb. Daha sonra solo karyerasına başlayan müğənni "Ночной дозор" (“Gecə patrulu”), "Дневной дозор" (“Gündüz patrulu”), "О чем говорят мужчины" (“Kişilər nə haqda danışır”) filmlərində də çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar

Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

27 iyul 2024 , 14:30
Ehtiram Hüseynov buzlu su  ilə sağalır

Ehtiram Hüseynov buzlu su ilə sağalır

27 iyul 2024 , 10:38
61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16