İlhamə Quliyevanın evində klip çəkilir
15 avqust 2016 19:39 (UTC +04:00)

İlhamə Quliyevanın evində klip çəkilir

 

Mərhum xalq artisti İlhamə Quliyevanın evində klip çəkilir.

 

Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu haqda açıqlama verən rejissor Nail Naiboğlu İ.Quliyevanın sağlığında oxuduğu son duetə klip çəkdiyini bildirib:

 

"İlhamə xanımın Ramal İsrafilovla oxuduğu "Hədiyyəm olsun" mahnsını ekranlaşdırırıq. Avqustun 17-də İlhamə xanımın doğum günüdür. Elə klipi də onun ruhuna ithaf edirik. İlhamə xanıma sağlığında söz vermişdim ki, bu evdə klip çəkəcəyəm. Qismət belə imiş. Biz çəkiliş üçün oğlu Orxandan icazə almışıq. Bu, İlhamə Quliyevanın vəfatından sonra onun evində baş tutan ilk çəkilişdir".

 

N.Naiboğlu evin Orxandan alınması haqda şayiələri də təkzib edib: "Deyirdilər, ev Orxanın əlindən alınıb. Amma fakt budur ki, Orxan bu evdə qalır".

 

Qeyd edək ki, "Hədiyyəm olsun" mahnısının sözləri Ülviyyə Alovluya, musiqisi Ramal İsrafilova aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07