Emin Ağalarov yanğında həlak olanların ailələrinə yardım edəcək
20 may 2015 18:52 (UTC +04:00)

Emin Ağalarov yanğında həlak olanların ailələrinə yardım edəcək

0


Müğənni Emin Ağalarov Bakıda baş vermiş yanğından həlak olan insanların ailələrinə maddi dəstək olacaq. Lent.az-ın məlumatına görə, müğənnni bu barədə özünün “İnstagram” səhifəsində məlumat paylaşıb.

 

O, bildirib ki, iyulun 16-da Yaşıl Teatrda verəcəyi konsertindən gələn gəlirləri hadisədə həlak olmuş insanların ailələrinə verəcək: “Bu sadəcə dəhşətdir. Yanğın zamanı dünyasını dəişən insanların ailələrinə başsağlığı verirəm. İyulun 16-da, Yaşıl Teatrda verəcəyim konsertdən gələn gəlirləri yanğında yaxınlarını itirmiş ailələrə veriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar