Dünya şöhrətli müğənni öldü
22 aprel 2016 04:44 (UTC +04:00)

Dünya şöhrətli müğənni öldü

Dünya şöhrətli müğənni Prins (Prince) 57 yaşında dünyasını dəyişib. 

 



Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur ifaçının ölüm xəbərini meneceri “Associated Press” agentliyinə açıqlayıb. Prinsin Minesotadakı evində öldüyü bildirilib. Amerika mətbuatının yazdığına görə, müğənni evinə təcili tibbi yardım çağrıldıqdan qısa müddət sonra keçinib. 

 



Qeyd edək ki, Prins mahnılarıyla 1980-ci illərin pop ulduzuna çevrilmişdi. “Purple Rain”, “Sign O' The Times” kimi sinqllarıyla məşhurdur. Prins albomları ilə dünya üzrə 100 milyon satış rəqəmini ötmüş sayılı sənətçilərdən olub.

# 321
avatar

Oxşar yazılar