Dəniz Seki vaxtından əvvəl həbsdən çıxa bilər
12 avqust 2016 16:41 (UTC +04:00)

Dəniz Seki vaxtından əvvəl həbsdən çıxa bilər

Müğənni Deniz Sekinin vaxtından əvvəl həbsdən çıxa bilməsi ümidi yaranıb. Lent.az-ın gecce.com-a istinadən məlumatına görə, 15 iyul çevrilişə cəhdlə bağlı hadisələrindən sonra həbsxanalarda sıxlıq yarandığı üçün bəzi məhkumlar barədə əfv qərarı çıxa bilər.


2016-cı il yanvarın 1-dən əvvəl həbsxanaya düşən məhkumların bəzilərinin cəzasının 5 il azaldılacağı haqda təklif Deniz Sekini də sevindirib. Müğənninin vəkili bildirib ki, bu haqda təklif qanuniləşərsə, Denizin həbsdən çıxacağı realdır.

 

Bu arada Deniz Sekiyə artıq şou proqramlardan təkliflər gəlir. Bu barədə onun meneceri söz açıb. Hurriyet.com.tr-nin məlumatına görə, müğənninin həyatı anba-an ekranlaşdırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar