ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyası ilin ilk “Oskar” mükafatını Honq-konqlu aktyor Ceki Çana verib.
Axşam.az “Röyters”ə istinadən xəbər verir ki, 62 yaşlı aktyor və döyüş ustası mükafata film sahəsində yüksək xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, Ceki Çan 150-dən çox filmdə çəkilib. Karyerasına 1978-ci ildə “Snake in the Eagle's Shadow” filmi ilə başlayıb.
61 milyon dollar gəliri ilə “Forbes”in “ən çox qazanan aktyorlar” siyahısında yer alıb.