Cavanşir Quliyev Aygün Kazımova haqqında: “Soruşdu ki, qızın haradadı”?
17 may 2015 14:56 (UTC +04:00)

Cavanşir Quliyev Aygün Kazımova haqqında: “Soruşdu ki, qızın haradadı”?

Hazırda Kipr Türk Cümhuriyyətində yaşayan bəstəkar Cavanşir Quliyevin xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı videosu yayılıb.

 

Axşam.az-ın məlumatına görə, 2001-ci ildə ANS TV-də Rahib Azərinin aparıcısı olduğu verilişdə qonaq olan bəstəkar bunları deyib:

"Aygünü mən çox istəyirəm. Çünki Aygündə mən elə bir insani keyfiyyətlər görmüşəm ki, bütün məsuliyyətimlə bəyan edirəm ki, heç bir müğənnidə belə keyfiyyətlər görməmişəm. Bir hadisə danışım. İstanbulda "Asiyanın səsi" müsabiqəsində Aygün mükafat aldı. Mükafatın pul hissəsi də vardı. Səhnədə qalibə mükafatla bərabər pul çeki də verdilər. Aygün qəbzi alıb səhnə arxasına keçəndən sonra məndən soruşdu ki, "Hardadı sənin qızın?". Mənim qızım İstanbulda olduğu üçün həmin gün Aygünün ətrafında dolanırdı, səhnəyə çıxmaqda ona yardım edirdi. Dedim "Neyləyirsən qızımı?". Cavab verdi ki, "Çağır bura uşağı". Çağırdım, Aygün pul mükafatının qəbzini qızıma verib, "Bu da sənin məktəbinin bir illik maliyyəsi" dedi.

Heç kəs bunu onun yadına salmamışdı. Məsələ o pulda da deyildi, məsələ onda idi ki, o haray-həşirdə, o müsabiqədə, o konsertdən sonrakı hadisələrdə Aygün onu yadında saxladı və bunu etdi. Bu Aygünün insani keyfiyyətlərindən xəbər verir. Aygün bir çox insana qarşı buna bənzər addımlar atıb. Mən bunu bilirəm, belə şeyləri açıqlamazlar. Mən özümə elədiyi üçün bunu deyirəm.

Bu mənada bəzi tamaşaçılar ola bilsin Aygünü, yəni əsl Aygünü tanımırlar. Onun səhnə həyatı, artist həyatı başqadı, insani həyatı tamam başqa"

Xatırladaq ki, 1996-cı ildə Aygün Kazımova "Türkvizyon" müsabiqəsinə qatılmış və orada birinci yerə layiq görülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39