Camalaya fəxri ad verildi
16 may 2016 21:55 (UTC +04:00)

Camalaya fəxri ad verildi

Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verib.

 

APA-nın xəbərinə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko özünün "Tvitter" səhifəsində yazıb.

 

Bundan əvvəl P. Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. “Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna  sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb. 

 

Qeyd edək ki, Ukrayna təmsilçisi 534 xalla “Eurovision 2016” mahnı müsabiqənin qalibi olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335

Oxşar yazılar