Alkoqol asılılığı üzündən 2013-cü ildə sağ ayağını itirən tanınmış aktyor Yalçın Menteşdən xəbər var.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun müalicəsi bu yaxınlarda bitəcək.
5 ildən çox ekranlardan uzaq düşən Yalçın yenidən teatra, filmlərə, seriallara qayıtmaq istəyini bildirib:
“Artıq işləmək istəyirəm. Maddi durumumuz da bir o qədər yaxşı deyil. Həkimim deyir ki, yaxın günlərdə kömək olmadan tək başıma gəzə biləcəm. Səhnə, kameralar, hər şey üçün darıxmışam...”.