Türkiyənin məşhur aktrisası Beren Saat hamilə qalmaq üçün Amerikaya müalicəyə gedib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Beren rol aldığı “Mühteşem Yüzyıl Kösem” filminin çəkilişləri bitdikdən sonra həyat yoldaşı ifaçı Kənan Doğulu ilə birgə Los Ancelesə gedib.
“Demokratiya və Şəhidlər” mitinqinə qatılan Kəna Doğulunun yanında görünməyən Berenin hazırda Los Ancelesdə olduğu və süni mayalanma üçün xəstəxanaya müraciət etdiyi bildirilir.
Hətta Berenin övladını xaricdə dünyaya gətirəcəyi və ikili vətəndaşlıq alacağı haqda da fikirlər söylənilir.