Balkan ulduzu azərbaycanlı müğənninin mahnısını oxudu
17 may 2015 00:47 (UTC +04:00)

Balkan ulduzu azərbaycanlı müğənninin mahnısını oxudu

Dünyaca məşhur "Te ka lali shpirt" hit mahnısının ifaçılarından biri, tanınmış Balkan ulduzu Mandi Niştulla gənc azərbaycanlı müğənni Elvin Babazadənin "Əzizim ana" mahnısını alban dilində oxuyub.

 

Bu barədə məlumat Lent.az-a Albaniyada yaşayan həmyerlilərimizdən daxil olub. Belə ki, vətənində Tallava janrında olan mahnıları, dünyada isə Silva Qunbardi və repçi Dafi ilə ifa etdiyi "Te ka lali shpirt" mahnısı ilə populyarlaşan Mandi adlı ifaçı Elvin Babazadənin bir neçə il əvvəl ivrit və Azərbaycan dillərində oxuduğu "Əzizim ana" ("Ima yekara") mahnısını özünəməxsus formada ifa edərək sosial şəbəkələrdə paylaşıb. Bildirilir ki, Mandi bu mahnını yazın zamanlarda peşəkar formada yazdıraraq dinləyicilərə təqdim etmək fikrindədir.

 

Qeyd edək ki, "Əzizim ana" mahnısının ilk ifaçısı israilli yəhudi müğənnisi Dudu Aharon olub. Mahnı bir neçə dəfə dünyanı müxtəlif yerlərində oxunub.

 

Elvin Babazadə 2012 və 2013 Avroviziya Milli seçim turlarının iştirakçısı, 2005-ci ildə UNESCO tərəfindən istedadlı uşaqlar üçün keçirilən müsabiqədə fəxri diplomun sahibi və eyni ildə Türkiyədə keçirilən “Novruz” festivalının mükafatçısıdır. Elvin Babazadə İsrail və Dağıstanda konsert proqramlarında çıxış edib. 2013, 2014, 2015-ci illərdə o, Dağıstanın "İlin ən yaxşı müğənnisi" və digər mükafatlara layiq görülüb.

 

 

Mandi Niştulla və Elvin Babazadənin ifalarını təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar