Bakıda ən hərarətli gün -  JARA-da MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
10 iyul 2016 16:07 (UTC +04:00)

Bakıda ən hərarətli gün - JARA-da MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Dünən Bakıda yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Beynəlxalq Musiqi Festivalı başladı.

İyulun 9-10-da Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan festivalda  artıq ilk konsert də baş tutub. 

 

Lent.az xəbər verir ki, Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və bir çox digər sənətçilər iştirak etdiyi festival bu gün gecə yekunlaşacaq.

 

Festivala marağın böyük olması bura gələn qonaqların çoxluğundan da bəlli olur. Dünənki konsertə qatılanlar arasında prezident İlham Əliyevin ailə üzvləri, tanınmış ictimai xadimlər, mədəniyyət və incəsdənət nümayəndələri, xarici ölkə vətəndaşları və turistlər də olub.

 

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

“JARA” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram 2 gün üçün nəzərdə tutulubsa, gələn il artıq 3-4 gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq. 

 

Foto - Şahin Sərdarov © APA HOLDİNG

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar