Prodüser Tolik və Sevil-Sevinc bacıları Bakıda olan italyan müğənni Eros Ramazzotti ilə bir araya gəlib. Lent.az-ın məlumatına görə, italyan müğənnin ötən gün baş tutan konsertinə qatılan azərbaycanlı tanınmışlar görüş zamanı çəkilmiş şəkillərini sosial şəbəkədə paylaşıblar. Əkiz bacılar təəssüratlarını belə yazıb: “İfa, səs, səhnə, səmimiyyət. Həyatımızda belə dincəlməmişdik”.
Tolik isə bu sözləri yazıb: “Dünyada tanınsa da, çox səmimi və mehribandır. Biləcəridən o yanda tanınmayan müğənnilər baxıb, ibrət götürsünlər”.