Opera və vokal ifaçısı Lətifə Soyuözün bu gün 25 yaşı tamam olub. Ad gününü Şəkidə keçirən ifaçı böyük sürprizlərlə qarşılaşıb. Şəkinin “Kanal S” televiziyasında əməkdar artist Sənubər İsgəndərlinin verilişində onun doğum günü ilə bağlı şənlik təşkil edilib.
Təəssüratlarını Lent. az-la bölüşən Lətifə bu günü unutmayacağını vurğulayıb: “Gözlənilməz sürpriz oldu. Çox sağ olsun “Kanal S” in əməkdaşları. Ümumiyyətlə, doğmalarım və tamaşaçılarım mənə bu ilki doğum günümü unudulmaz etdilər. Gün davam etməkdədir və özümü çox xoşbəxt hiss edirəm”.
Hər il olduğu kimi onu ilk təbrik edənlər anası Ofeliya xanım və həyat yoldaşı Dəniz olub. Anasının nə aldığı hələ gizli saxlasa da, Dəniz ifaçı üçün bahalı zinət əşyası alıb.
Xatırladaq ki, ifaçının yeni klipi də hazırdır. Yaxın günlərdə o sənət dostlarını və media nümayəndələrini başına toplayıb rejissor Anar Hüseynovun ərsəyə gətirdiyi klipi təqdim edəcək. İfaçı mətbuat konfransında eyni zamanda uzun müddətdir ki, onun əhvalını korlayan məhkəmə söhbətinə də son qoyacaq. Həmin gün jurnalistlərin qarşısına Lətifə ilə məhkəmədə üz-üzə gələn və adı açıqlanmayan məşhur sima da çıxacaq.