Populyar müğənni Sevda Sanalıyeva oğlunun yeni şəkillərini paylaşıb. Lent.az-ın Anspress-ə istinadən məlumatına görə, 3 ay əvvəl ana olan gənc ana fotoya belə şərh verib: "Mənim şirin balam, bal balam..."
Uşağın fotolarından biri dayısı ilə çəkilib.
Xatırladaq ki, Sevda Sanəliyeva oğlunu 27 fevral 2015-ci ildə dünyaya gətirib. O, körpəsinə Elgün adını verib. Rəqqasə-müğənni ötən ilin yay aylarında mediadan gizli şəkildə ailə qurub.