Azərbaycanlı modelin əri ikinci dəfə ailə qurdu
10 may 2016 09:53 (UTC +04:00)

Azərbaycanlı modelin əri ikinci dəfə ailə qurdu

 

Azərbaycanlı model Günay Musayevanın keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karel ikinci dəfə evlənib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, amerikalı sevgilisi Sarah Skotti ilə nikah masasına oturub. Onların özəl günü Dominik Respublikasındakı Playa Las Ballenas adasında gerçəkləşib. Gecədə cütlüyün ailə üzvləri ilə yanaşı dostları da iştirak edib.

 

Qeyd edək ki, T.Karel azərbaycanlı model G.Musayeva ilə 2011-ci ildə ailə qurmuşdu. Həmin evlilikdən Cahangir adlı bir övladları olan cütlük 2014-ci ildə boşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar