Türkiyənin “O ses çocuklar” səs yarışmasında azərbaycanlı iştirakçı Atilla Məmmədov ifası ilə münsifləri heyran qoyub.
Lent.az-ın "axşam.az"-a istinadən məlumatına görə, 8 yaşlı Atilla yarışmaya “Qranada” mahnısını ifa edərək qatılıb. Münsiflər tərəfindən bəyənilən A.Məmmədov Burak Kutun komandasında yarışmaq istəyib.
Daha sonra səhnəyə çıxan Burak Kut Atilla ilə “O sole mio” ariyasını səsləndirib.