Almaniyada keçirilən "DAF bama mUsic Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində Azərbaycan erməni təxribatı ilə qarşılaşıb. Lent.az-ın məlumatına görə, tədbirdə iştirak edən xalq artisti Aygün Kazımova konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrenib ki, Ermənistanı təmsil edən müğənni Siruşo səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək və məhz bu mahnını ifa edəcək.
Aygün Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və etirazını bildirib. Siruşonun ifasına az qalmış onun repertuarında dəyişiklik edib və o, "Kele-kele" mahnısını oxumalı olub.