ATV-nin keçmiş aparıcısına vəzifə verilib
22 iyun 2016 17:09 (UTC +04:00)

ATV-nin keçmiş aparıcısına vəzifə verilib

Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-ə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb. Lent.az-ın azvision.az-a istinadən xəbərinə görə, ATV-nin keçmiş aparıcısı başqa bir telekanala keçmək fikrində olmadığını deyib. 


Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib:

“Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram”. 

Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib:
 
“İşə başlayanda bu barədə açıqlama verəcəyəm”.

S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib: 

“Bu məlumatların onunla heç bir əlaqəsi yoxdur. Mən sadəcə işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar