Aşıq Azər təcili Türkiyəyə aparılır
29 mart 2016 13:05 (UTC +04:00)

Aşıq Azər təcili Türkiyəyə aparılır

 

Tanınmış aşıq Azər Xanlaroğlunun vəziyyəti pisləşib. O, sabah Türkiyəyə aparılacaq.

 

Lent.az-ın AzVision.az-a istinadən məlumatına görə, bu barədə aşıq özü bildirib.

 

“Ayağımda yaranmış kəskin şişlə bağlı burada konkret qərar verə bilmədilər. İstanbulda da sağalacağıma söz vermirlər. Sabah məni Türkiyəyə aparacaqlar. Allahdan ümid kəsilməz. Hazırda bədənimdə piylənmə dayanıb. Pəhriz saxlayıram. Əsas narahatçılığım ayağımla bağlıdır. Bəlkə də Allahın mənə yazığı gələr, şəfa taparam”.

 

Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar