Aktrisa Eşli Olsen Sen-Bart adasında istirahət edərkən kameralara tuş gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, adada ötən ilin yaz fəslindən münasibət qurduğu milyader, 58 yaşlı Riçard Saksla birlikdə olub.
30 yaşlı aktrisa Saksdan bir dəqiqə belə ayrılmayıb, onlar qucaqlaşan, öpüşən zaman paparazzilərə tutulublar.
Uzun müddətdir birlikdə olan cütlüyün münasibətlərinin ciddi olmasına heç kim inanmasa da, amma onlar tez-tez restoran, əyləncə mərkəzlərində bərabər görünürlər.