Türk kinosunun məşhur siması xəstəxanaya düşdü
27 iyun 2015 06:52 (UTC +04:00)

Türk kinosunun məşhur siması xəstəxanaya düşdü

“Yeşilçam”ın usta aktyorlarından olan Nuri Alçonun səhhətində problemlər yaranıb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Türkiyə kino sənətində yaratdığı obrazlarla yadda qalan məşhur aktyor Nuri Alço tənəffüs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya aparılıb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, özəl xəstəxanalardan birinə yatırılan aktyor təcili olaraq əməliyyata alınıb və tibbi müdaxilə edilib.

 

N.Alçonun əməliyyatı uğurla keçsə də bir müddət hələ xəstəxanada yatırılacağı deyilir.

 

Qeyd edək ki, məşhur aktyor Nuri Alço xüsusilə müğənni Əmrahın da rol aldığı filmlərdəki mənfi obrazları ilə yaddaşlara həkk olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar