Məşhur türkiyəli müğənni Gülşən bu yay çimərlik geyimləri üçün sərvət xərcləyib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iyun-avqust aylarında 21 “beach club”da səhnəyə çıxan müğənni hər konserti üçün təzə libas alıb.
Gülşən “Modaya görə deyil, ürəyim istədiyi kimi geyinirəm” desə də, geyimlərini məşhur və bahalı markaların ən son kolleksiyalarından seçib. Geyimləri ilə diqqət çəkib ki, İnstaqramda “Gülşən Style” hesabı açılıb.
Bu kombinə 14 min TL xərcləyib
Bu kombinə 11 min TL xərcləyib
Bu kombinə 22 min TL xərcləyib
Bu kombinə 7 min 300 TL xərcləyib
Beləliklə, Gülşən son üç ayda paltarları üçün 250 min TL pul sərf edib.