"Heç vaxt uşağımın olmasını istəməmişəm"
30 mart 2016 05:33 (UTC +04:00)

"Heç vaxt uşağımın olmasını istəməmişəm"

70 yaşlı Hollivud ulduzu Helen Mirren müsahibə verib. 



Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktrisa uşaq sahibi olmamasının səbəbini özünün bunu istəməməsi ilə əlaqələndirib:


 
“Mən uşaqları sevirəm. Onlar çox gülməli və sevimlidirlər, amma heç vaxt özümün olmasını istəməmişəm. Buna görə də heç vaxt təəssüf etməmişəm. Baxmayaraq ki, “Valideynlər” (“Parents”) filminə baxanda 20 dəqiqə ağlamışam”. 



Qeyd edək ki, rejissor Teylor Hakfordla ailəli olan Helenin ərinin birinci nikahından 2 ögey oğlu var. Teylorla Helen 1997-ci ildən evlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar