İngiltərənin məşhur müğənnisi Corc Mayklın ölümü ilə bağlı yeni faktlar üzə çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənninin narkotik maddənin təsirindən öldüyü bildirilir.
Homoseksual müğənninin 9 il münasibətdə olduğu keçmiş sevgilisi Paul Stag onun narkotik istifadəçisi olduğunu etiraf edib:
“Corc narkotik aludəçisi idi. Hesab edirəm ki, onun ölümünə qəbul etdiyi narkotik səbəb olub. Yüz faiz buna əminəm”.
Qeyd edək ki, Corc Maykl ötən ilin dekabr ayında dünyasını dəyişib. 53 yaşlı ifaçının ürək çatışmazlığından öldüyü bildirilirdi.
Xatırladaq ki, "Wham" qrupunda fəaliyyəti ilə karyerasına başlayan C.Maykl pop musiqi tarixinin ən tanınmış simalarından hesab edilir. "Qremmi" və "BRİT" ilə yanaşı bir sıra mükafatların da sahibi olan müğənninin albomu 100 milyondan çox satılıb.