Me And Mrs Jones” mahnısı ilə dünya şöhrəti qazanan müğənni Billi Pol 80 yaşında dünyasını dəyişib.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sənətçi Nyu-Cersidəki evində ölü tapılıb. Billiyə bir qədər əvvəl həkimlər mədəaltı vəzi xərçəngi diaqnozu qoymuşdular.
Xatırladaq ki, B.Poll 1972-ci ildə ifa etdiyi “Me And Mrs Jones” mahnısı ilə “Qremmi” mükafatı alıb.
Mahnı “Bricit Consun gündəli” filmində də səsləndirilib. Bundan başqa Billiyə "Thanks For Saving My Life", "Let's Clean Up The Ghetto" mhanıları da populyarlıq gətirib.