<b>“Eurovision 2016”-nın finalı başladı</b>
14 may 2016 23:07 (UTC +04:00)

“Eurovision 2016”-nın finalı başladı

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu başlayıb.

 

Lent.az-ın məlumatına görə, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir.

 

Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü çıxaraq “Miracle” mahnısını səsləndirəcək.    

 

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq öz səhnə perfomanslarını nümayiş etdirəcək:

1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.

 

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306

Oxşar yazılar