“Atam iki növbə - gecə-gündüz işləyirdi ki, bizə heç olmasa, yemək qazana bilsin. Çox çətinlik gördük. Ancaq sonradan dərk etdim ki, bu mənim bu səviyyəyə çatmağım üçün vacib nüans imiş. Çətinliklərlə böyümək indiki vəziyyətimə çox təsir etdi” – deyə xavbek bildirib.
Atasının onun üçün ən əziz adam olduğunu deyən “pitbull” həyat yoldaşının və uşaqlarının da dəyərli olduqlarını vurğulayıb: “Atam və ailəm mənim üçün ən əziz adamlardı. Bir də bu dünyada futbola bütün həyatımı borcluyam. Əgər futbolçu olmasaydım, qatil olacaqdım. Çünki, Braziliyanın ən qorxulu, kriminal bölgəsində böyümüşəm, oralarda narkotik və silah ən adi şeylər idi. Məşqə gedirdim, qayıdanda görürdüm ki, dostum öldürülüb. Ya futbol, ya da kriminal dünya arasında seçim etməli idim. Xoşbəxtlikdən mən düzgün yolu seçdim”.