Türkiyədə pop musiqinin yeni simalarından olan Emre Kaya dünən axşam mindiyi taksinin sürücüsünə 2 min lirə (təxminən 1060 manat) verib.
Axşam.az xəbər verir ki, onun bu hərəkəti sosial mediada bir çoxları tərəfindən “Emrenin bu hərəkəti xəsis müğənnilərə nümunə olsun” kimi şərh edilib.
Qeyd edək ki, bir neçə gün öncə Nabranda konsert vermiş E.Kaya, “Yap Boz” və “Esaret” mahnıları ilə məşhurlaşıb.